Əsas Səhifə > Güney Press > Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər
Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblərBu gün, 17:20 |
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib. APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır. Qeyd edək ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir. Geri qayıt |