Əsas Səhifə > Güney Press > "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..."

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..."


Bu gün, 11:15

“SEPAH-i Pasdaranın Azərbaycana “2040-cı ilə qədər İran Azərbaycanı işğal edib, öz torpaqlarına qatacaq” təhdidi yeni bir təhdid deyil. 200 ildir ki, Türkmənçay müqaviləsindən bu yana İranda yalançı siyasətçiləri hər zaman özlərini qüdrətli göstərmək, millətin başını qatmaq üçün hər zaman danışıqlarında bu mövzulara üstünlük veriblər. Qafqazda 17 şəhər Türkmənçay müqaviləsində İrandan ayrılıb və biz bir günü bunu İrana qaytaracağıq, İranın keçmişdəki qüdrətini bərpa edəcəyik deyə danışıblar”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, bu danışıqlar əməldə fərqli bir nəticə verib.

“İran günbəgün zəifləyib, qonşu ölkələrlə müqayisədə İranda insanların yaşayış səviyyəsi çətinləşib. İranın torpağı bölünməyib, amma müqayisə edəndə görmək mümkündür ki, İranda əhalinin 60 faizi yavan çörəyə möhtacdır. Ağlagəlməz bir vəziyyətdir ki, bir hökümət millətin yavan çörəyini də təmin edə bilmir. Suyu, qazı, elektriki növbə ilə kəsir və əhalinin yaşayışını çətinləşdirirlər. 10 il bundan əvvəl 2015-ci ildə Əli Xomneyi çıxışlarının birində demişdi ki, 25 ilə İsrail olmayacaq. 2040-cı ilə qədər İsrail məhv olacaq. Bu söz hakimiyyətin təbliğatçılarının vasitəsinə çevrildi və onlar bu məsələni böyütdülər. Məşhəddə, Tehranda və fərqli şəhərlərdə saatı sayan ekranlar qoyuldu ki, İsrail filan gündə, filan saatda məhv ediləcək. Bu yalan təbliğatın nəticəsidir ki, iyun ayında İsrail İrana hücum etdi və 12 gün ərzində 1500 məntəqəni bombalayıb, dağıtdı”-deyə Maşallah Rəzmi bildirib.


Geri qayıt