Əsas Səhifə > Güney Press > Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edibBu gün, 11:06 |
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "DİA-AZ" xəbər xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm". Geri qayıt |