Əsas Səhifə > Güney Press > Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdiBu gün, 09:39 |
Gəncə Apellyasiya Məhkəməsində on dörd yaşına çatmayan şəxsə seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Habil Fərəclinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edib. Bu barədə məhkəmə kollegiyasına yazılı ərizə də təqdim olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin ərizəsi təmin edilib. İttihama görə, Habil Fərəcli 2024-cü il yanvar ayının əvvəllərindən başlayaraq mart ayının məlum olmayan gününədək, mütəmadi olaraq öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə zərərçəkmiş şəxslərin atasına məxsus Şəmkir rayonu ərazisində yerləşən yaşayış evində qonşuları - on dörd yaşınaçatmayan 2015-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızları köməksiz vəziyyətindən istifadə edib. O, qızlara qarşı zor tətbiq etmə hədəsi – ata, analarını və ya birini öldürüb digərinin əlinə bıçağı verəcəyəni deyərək zərərçəkmiş şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Geri qayıt |