Əsas Səhifə > Güney Press > Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini

Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini


Bu gün, 17:47

Xarici İşlər Nazirliyi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.

"DİA-AZ" xəbər verir ki, sözügedən tender Azərbaycanla bağlı elmi və publisistik tədqiqatların dəstəklənməsi məqsədilə əcnəbi tədqiqatçıların ölkəmizə səfər etmələri və tədqiqat aparmaları fəaliyyətinin təşkili xidmətlərinin satın alınması məqsədilə keçirilib.

Tenderin qalibi "Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi" PHŞ (VÖEN: 1404647361) olub və tenderin dəyəri 132 300 manat təşkil edib. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, "Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi" PHŞ 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 4 milyon 870 min 743 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Şəfiyyev Rauf oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 8-də yerləşir.


Geri qayıt