Əsas Səhifə > Güney Press > "Görün, nə qədər qadın bloger va..,"
"Görün, nə qədər qadın bloger va..,"Bu gün, 17:14 |
"Qadınlar pul qazanmağa daha meyillidilər, fərasətlidirlər. Kişilər isə tənbəlləşiblər. Əziyyət çəkmək istəmirlər". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi kişilərin artıq çalışmaq istəməməsini pisləyib: "Elə blogerlərə baxın. Görün nə qədər qadın bloger var. Kişi bloger azdır. Nə qəşəng qadınlar pul qazanmağın yolunu bilirlər. Bu, hansısa kişinin, sevgilinin sayəsində deyil. Kiminsə sevgilisi ola, nəsə bahalı hədiyyə ala bilər. Nə qədər üzərlərində işləyib, özlərini təkmilləşdiriblər. Yüksəltdikləri ad onlara pul qazandırır. Kişilər ancaq TikTok-da pul qazanır, o da yarışdan. Kişilər indi işləmək istəmirlər". Geri qayıt |