Əsas Səhifə > Güney Press > Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq

Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq


Bu gün, 12:08

Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub.

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Əminəm ki, bu addımla biz inkişafın yeni gündəliyinə, yeni inkişaf ölçüsünə daxil olduq. Burada işimizin məzmunu, enerjisi və səmərəliliyi daha yüksək olmalıdır. Qarşıda görüləcək çox iş var. Bu, sülhə yönəlmiş konstruktiv və yaradıcı işdir. Biz hamımız bu işə maksimum diqqət yetirməliyik", - N.Paşinyan əlavə edib.


Geri qayıt