Əsas Səhifə > Güney Press > SOCAR "RabitəBank"dan imtina etdi

SOCAR "RabitəBank"dan imtina etdi


Bu gün, 09:40

"Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaq doldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.

Kommersant.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib. Ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edirdi. Hazırda isə bu terminallar "Pasha Bank" "Kapital Bank"-ın POSları ilə əvəz edilib.

Qeyd edək ki, "RabitəBank" nəhəng şirkətin ödəniş dövriyyəsini itirdiyi üçün POS əməliyyatlarındakı bazar payında geriləməsi qaçınılmazdır.


Geri qayıt