Əsas Səhifə > Güney Press > İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilibBu gün, 12:47 |
İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov həbs edilib. APA-nın əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib. Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə öz sosial şəbəkə hesabında paylaşım edərək özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in “102” qaynar xəttinə şikayət etdiyini bildirib. Geri qayıt |