Əsas Səhifə > Güney Press > Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb

Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb


Bu gün, 12:24

Ermənistanıın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu fəaliyyətini dayandırıb.

“Qafqazinfo” “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Konsulstvo v Ekb” vatsap kanalında yayılıb.

“Əziz vətəndaşlar, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar fəxri konsulun ofisi fəaliyyətini dayandırıb”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, cari ilin iyul ayının sonunda mediada N.Spartakyanın diplomatik statusunun ləğv edilməsi ilə bağlı məlumat yayılıb. Avqustun əvvəli isə Ermənistan Xarici İşlər Nazirliyi fəxri konsulun istefaya göndərilməsini təsdiqləyib. Bununla belə, qərarın səbəbi açıqlanmayıb.


Geri qayıt