Əsas Səhifə > Güney Press > Bakıda niyə yeni binalar tikilmir?
Bakıda niyə yeni binalar tikilmir?Bu gün, 17:17 |
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasında istifadəyə verilmiş mənzillərin sayı 12 955 olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin eyni dövründə bu göstərici 5 204-ə bərabər olub. Bu, 2,5 dəfəyədək artım deməkdir. 2025-ci ilin ilk altı ayında paytaxtda 4 379, 2024-cü ilin eyni dövründə isə 2 216 mənzil istifadəyə verilib. Bəs Azərbaycanda mənzil bazarında tələb təklifi üstələyirmi? Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2016-ci ildə “Pilot layihə” çərçivəsində tikinti şirkətləri tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası artıb, 2021-ci ildən etibarən vətəndaşlar mənzillərinə çıxarış və səyyar formada xidmət almağa başlayıblar: “Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarının təhlili göstərir ki, əvvəlki illərdə müəyyən binalarda inşaat işləri bitib və vətandaşlar binalara köçərək öz çıxarışlarını alıblar. Lakin nəzərə almaq lazımdır ki, 2001-ci ildən başlayaraq ölkədə inşaat işlərinin həcmi kəskin şəkildə azalıb. Xatırladım ki, 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərin bütün rayonlarında “Pilot layihə” çərçivəsində çoxmərtəbəli yaşayış binalarının inşasına başlanıldı. Məhz “Pilot layihə”nin icrası ilə bağlı 100-dən çox tikinti şirkəti yaşayış kompleksləri tikilməyə başladı. 2016-2019-cu illərdə xeyli sayda yaşayış kompleksleri tikildi. 2021-ci ildə orta hesabla ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 2 dəfədən çox artdı. İstismara qəbuldan sonra vətəndaşlar mənzillərə çıxarışlar əldə etməyə başladılar. Eyni zamanda, vətəndaşların rahatlığı üçün səyyar formada xidmətlər də təşkil olundu”. Ekspert qeyd edib ki, tikinti şirkətləri arasında rəqabətin olmaması qiymətləri bahalaşdırıb: “Ümumiyyətlə, 2021-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkədə icazələrin sayı 2000-ci ilə müqayisədə 2,5 azdır. Adıçəkilən komitə tərəfindən icazələrin məhdudlaşması nəticəsində ölkədə daşınmaz əmlak qiymətləri orta hesabla 55-60 % bahalaşıb. Bu da o deməkdir ki, tikinti şirkətləri arasında rəqabətin azalması nəticəsində qiymətlər yüksək həddə gəlib çıxıb”. Geri qayıt |