Əsas Səhifə > Güney Press > Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan...

Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan...


Bu gün, 17:08

ABŞ Prezidenti Donald Tramp özünün düşündüyü qədər sülhməramlı deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.

“Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Nobel sülh mükafatını hədəfləyir, amma nun dünyanın “baş sülhməramlısı” olmaq istəyi dərin yanlış təsəvvürə əsaslanır: sülh yalnız hərbi əməliyyatların dayandırılması deməkdir”, - nəşr bildirib.

Mənbə ABŞ prezidentindən sitat gətirib: “Mən altı müharibəni dayandırmışam. Bu, orta hesabla ayda təxminən bir müharibə deməkdir”.

Trampın dayandırdığını iddia etdiyi münaqişələrə Hindistan-Pakistan, İran-İsrail, Ruanda-Konqo, Kamboca-Tailand və Ermənistan-Azərbaycan qarşıdurmaları daxildir.

“Politico” qeyd edib ki, Trampın iddiasına baxmayaraq, adları çəkilən ölkələr arasındakı anlaşılmazlıqlar və gərginliklər qalır. Məqalədə onun çox çalışdığı, amma dayandıra bilmədiyi Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrinə də diqqət çəkilib.

Nəşr Amerika liderinin Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri barədə bunları bildirib:

“Avqustun əvvəlində ABŞ prezidenti Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyan əlamətdar sazişin imzalanmasına vasitəçilik edib. Bununla belə, iki mübahisəli məqam qalır: Azərbaycanın Ermənistandan Qarabağa dair iddianın Konstitusiyadan çıxarılması tələbi və Azərbaycanın Ermənistan ərazisindən keçməklə öz eksklavı Naxçıvanla arasında nəqliyyat əlaqəsinin təmin edilməsi”.


Geri qayıt