Əsas Səhifə > Güney Press > Rəqsanə İsmayılovanın vəkili DANIŞDI
Rəqsanə İsmayılovanın vəkili DANIŞDIBu gün, 02:49 |
Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "DİA-AZ" xəbər verir ki, müğənninin vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb. - Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi? - Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur. - İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir? - Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır. - Rəqsanə xanım ifadə verib? - Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib. - Mübahisənin predmeti nədir? - Pulməsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb. - Rəqsanə xanım pulu nə məqsədlə alıb? - İstintaq sirriolduğuna görə bu suallara cavab verə bilmərəm. - Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı? - Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil. - Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı? - Bu barədə məlumatım yoxdur. - Rəqsanə xanım hazırda harada saxlanılır? - Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib. - Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək? - Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik. - Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz? - Bəli. - Əhvalı necədir? - Əladır. - Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək? - Bu, müvafiq orqanların işidir. Yəqin ki, yaxın günlərdə köçürüləcək. Geri qayıt |