Əsas Səhifə > Güney Press > İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi?

İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi?


Bu gün, 14:53

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən elan olunmuş tender baş tutmayıb.

"DİA-AZ" xəbər verir ki, sözügedən tender Hacıqabul şəhərində yolların əsaslı təmiri işləri ilə bağlı elan edilmişdi. Tenderin ilkin elanı 29 iyun 2025-ci ildə dərc edilmişdi.

Ehtimal olunan dəyəri 506 102 AZN olan tender nəzarət orqanının qərarı ilə ləğv edilib. Rəqabətə nəzarət orqanının 14 avqust 2025-ci il tarixli AİBNDA/SQ-7435/2025 nömrəli qərarına əsasən, satınalma komissiyası 21 iyul 2025-ci ildə təkliflərin açılması nəzərdə tutulan tender müsabiqəsini ləğv edib.


Geri qayıt