Əsas Səhifə > Güney Press > Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra

Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra


Bu gün, 10:26

"Yalnız dünən(12 avqust) bir gündə 26 yük maşını şüşə konyakla dolu Rusiyaya daxil olub".
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan öz "Facebook" səhifəsində yazıb.
"Bu, bir gün üçün bu ilin ən yaxşı göstəricisidir", - deyə nazir əlavə edib
Xatırladaq ki, iyulun ortalarında Rusiya Alkoqol və Alkoqollu İçki İstehsalçıları İttifaqı və Beynəlxalq “Anti-Saxta” Assosiasiyası ölkə bazarında Rusiya dövlət standartlarına və qanunvericiliyinə uyğun gəlməyən erməni konyaklarının payının artaraq 85 faizə çatması haqda məlumat yaymışdı. Və bundan sonra Rusiya hökumət qurumlarının rəsmən erməni konyakının idxalına qadağa qoyması gözlənilirdi. Qeyd edək ki, belə qadağalar 2024-cü və əvvəlki illərdə edilmişdi.

Geri qayıt