Əsas Səhifə > Güney Press > Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq

Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq


Bu gün, 12:28

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ Qarabağda 2 iri məbləğli tenderi yekunlaşdırıb.

"DİA-AZ" xəbər verir ki, birinci tenderdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi və mühəndis kommunikasiya sistemlərinin quraşdırılması işləri həyata keçiriləcək. Bu tenderin ümumi dəyəri 61 733 253 manat təşkil edib.

İkinci tender isə Füzuli rayonunun Pirəhmədli kəndində daha genişmiqyaslıdır. Tender çərçivəsində fərdi yaşayış evləri ilə yanaşı, uşaq bağçası, tibb məntəqəsi, məktəb, qazanxana, nasosxana, dizel generatoru və digər köməkçi tikililər də inşa edilib. Həmçinin mühəndis kommunikasiya sistemləri, abadlaşdırma, yaşıllaşdırma, hasar çəkilməsi və yolların tikintisi işləri yerinə yetiriləcək. Bu tenderin dəyəri isə 50 198 504 manatdır.

Hər 2 tenderi “Sea Breeze Constructıon” MMC (VÖEN: 1805867851) udub.

Qalib şirkətlə ümumilikdə 111 922 757 manatlıq müqavilə imzalanıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Sea Breeze Constructıon” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 45 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbəy Rzayev Azər oğludur. Hüquqi ünvanı AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran şossesi, Nardaran-Ləhiş yolu, ev 32A, mənzil 300 M SAĞ ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 565 736,29 manat borcu var.


Geri qayıt