Əsas Səhifə > Güney Press > Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək

Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək


Bu gün, 12:20

Dövlət Turizm Agentliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tender çərçivəsində 2025-ci il ərzində MDB ölkələrində yol şoularının təşkil edilməsi ilə təbliğat xidmətlərinin satın alınması planlaşdırılır.

Tenderin qalibi "Travel Media Middle East" (VÖEN: 104063039200003) şirkəti olub.

Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 131 954 manatdır. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

“Travel Media Middle East” şirkətinin baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. Şirkət müxtəlif ölkələrdə turizm təbliği üçün yol şouları, tədbirlər və reklam kampaniyaları təşkil edir, həmçinin turizm xidmətlərinin marketinqini həyata keçirirlər.


Geri qayıt