Əsas Səhifə > Güney Press > Paşinyan da “türk Pezeşkian”ı deyir
Paşinyan da “türk Pezeşkian”ı deyirBu gün, 12:18 |
Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Telefon danışığında Vaşinqtonda əldə olunan razılaşmalar müzakirə edilib. Ermənistanın baş naziri İran prezidentini əmin edib ki, regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi, eləcə də qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.
Paşinyan Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün geniş imkanlar açdığını vurğulayıb. Paşinyan Pezeşkiana Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görə təşəkkür edib. O, İran prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.
Təhlükəsizlik üzrə ekspert İlqar Altay "Şərq"ə deyib ki, Paşinyanın Azərbaycan türkü İran Prezidenti M.Pezeşkiana xüsusi ilə zəng vuraraq Vaşinqton sammiti barədə məlumat verməsi diqqətçəkəndir:
"Paşinyan Pezeşkiana sammiti müsbət qiymətləndirdiyi üçün xüsusi təşəkkür edib. Halbuki, İran dini lideri və dövlətin başçı rəhbəri Xamenei, onun müşaviri Vilayəti və əksər İran dini, hakimiyyət xadimləri bu görüşü və Zəngəzur dəhlizi planını, hərbi müdaxilə etmə təhdidi ilə pis qiymətləndiriblər. Üstəlik, söhbət zamanı Paşinyan Pezeşkianın Ermənistana qarşıdakı səfərini də, alqışlayıb. Bütün addımlarını Qərblə koordinasiya edən Paşinyan Qərbin təşəbbüsü olmadan Pezeşkiana zəng etməz, onu tərifləməzdi. Xüsusilə, 12 günlük İran-İsrail müharibəsindən sonra Pezeşkiana Paşinyanın əliylə önəm verilməsi, önə çəkilməsi təsadüfi deyil. Görünür, Qərb Pezeşkianı İrandakı teokratik (dini) rejimin yanlış siyasəti ilə razılaşmayan və bu rejimi əvəzləyə biləcək, dünyəvi baxışlı lider kimi görür. Eyniylə türk dövlətləri və xalqları da Pezeşkiana İranda ən layiqli lider gözü ilə baxırlar və dəstəkləyirlər".
Geri qayıt |