Əsas Səhifə > Güney Press > Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir

Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir


Bu gün, 12:14

Bu ilin ilk yarısında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, istehsal olunan avtomobil benzininin 98,7%-i və ya 667,3 min tonu “Aİ-92” markalı, 1,3%-i və ya 8,8 min tonu isə “Aİ-95” markalı benzin olub.
Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısı üçün açıqladığı rəsmi statistikada qeyd olunub ki, ötən ilin ilk yarısında da ölkədə 6,2 min ton “Aİ-95” markalı benzin istehsal edilib.
Lakin, qeyd edək ki, Komitənin əvvəlki hesabatlarında bu barədə məlumat açıqlanmayıb. Ötən ilin ilk yarısında açıqlanan hesabatda “Aİ-95” markalı benzinin istehsalı ilə bağlı heç bir məlumat olmayıb. Eyni zamanda ötən ilin yekunları və bu ilin ilk rübü ilə bağlı hesabatlarda da Komitə “Aİ-95” markalı benzinin istehsalı barədə məlumat verməyib.


Geri qayıt