Əsas Səhifə > Güney Press > Papikyanın müşaviri həbs edildi

Papikyanın müşaviri həbs edildi


Bu gün, 09:36

Ermənistan müdafiə naziri Suren Papikyanın müşaviri Arşak Orduxanyan həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Bu şəxs barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar dəstə yaratmaq və ya ona rəhbərlik) və 257-ci maddənin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (cinayətkar dəstə tərəfindən külli miqdarda mənimsəmə) əsasında cinayət işi başlanıb”, - məlumatda bildirilib.

A.Orduxanyanın daha bir cinayət işi ilə üz-üzə olduğu və işin artıq məhkəməyə göndərildiyi qeyd edilib.


Geri qayıt