Əsas Səhifə > Güney Press > Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri...
Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri...Bu gün, 08:55 |
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə mütamadi olaraq verilən suallardan biridir. Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri ikiqat ödənilməlidirmi və ya bir çox müəssisələrdə nədən ikiqat məbləğdə ödənilmir?
Həqiqətən də bir çox müəssisələrdə növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri ikiqat məbləğdə nədən ikiqat məbləğdə ödənilmir ?Hesab edirik ki, bu cür hallara yol verən işəgötürənlər Əmək Əmək Məcəlləsinə uyğun olaraq, ağırlıq dərəcəsindən asılı olaraq: maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulan bu ödəməni həyata keçirməyən işəgötürənlər bunu onunla əsaslandırmağa çalışırlar ki, növbə üsulu ilə işləyən işçilərdə bu günlər adi iş günləridir, bu rejimdə işləyən işçilər üçün şənbə və bazar günləri, bayram günləri də adi iş günləridir və bu səbəbdən də ikiqat məbləğdə ödənilmir. Bir faktı nəzərə almaq lazımdır ki, normal iş vaxtında (həftədə 40 saat) həftənin istirahət günləri (şənbə və bazar) Əmək Məcəlləsimə əsasən iş günləri sayılmır, istirahət günləridir və bü günlərdə işləyən işçilərin əmək haqqı bir çox müəssisələrdə mübahisəsiz ödənilir.
Növbə üsulu ilə işləyən (cəmlənmiş iş vaxtı rejimində) işçilərdə həftənin istirahət günləri həqiqətən də adi iş günləri sayılır və bu günlər üçün əmək haqqı adi iş günləri kimi ödənilir və ödənilməlidir də. Lakin, növbə üsulu ilə işləyən işçilərin həftələr arası (şənbə və bazar) istirahət günlərindən fərqli olaraq bayram günlərinə düşən iş saat və ya günləri ikiqat məbləğdə ödənilməlidir. Bu Əmək Məcəlləsində nəzərdə tutulan ödəmədi və işçilərin bu hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Belə ki, normal və ya növbə üsulu iş rejimindən asılı olmayaraq bu günlər Bayram günləridir və iş rejimindən asılı olmayaraq ikiqat məbləğdə ödənilməlidir. Bir faktı da nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində bu bayram günləri üçün ikiqat məbləğdə ödəmə nəzərdə tutulur, eyni zamanda Məcəllədə növbə üsulu ilə işləyən işçilərin əmək haqlarının ikiqat deyil, bir qat ödənilməsi barədə də hər hansı bir normativ akt yoxdur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən isə: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir" kimi normativ hüquqi akt da var.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkialtının
Eksperti - (dia-az.pro)
Geri qayıt |