Bu ilin ilk yarısında dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 552,4 milyon manat vəsait xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait aşağıdakı sahələrə yönəldilib: - Avtomobil yollarının layihələndirilməsi və tikintisi – 1 milyard 58,2 milyon manat; - Yeni yaşayış komplekslərinin tikintisi – 239,5 milyon manat; - Su xətləri, kollektorlar və qurğular – 33,7 milyon manat; - Sənaye parkları və infrastruktur – 20,5 milyon manat; - Elektrik təchizatı işləri – 1,7 milyon manat.
Geri qayıt
|