Əsas Səhifə > Güney Press > Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir
Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldirBu gün, 17:59 |
Ermənistan və Azərbaycan arasında sülh sazişi etibarlı və davamlı sülhün bərqərar olması üçün möhkəm təməldir. Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Budur, Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin mətni. Bu saziş etibarlı və davamlı sülhün bərqərar olması üçün möhkəm təməldir, Ermənistan və Azərbaycan arasında iki ölkənin balanslaşdırılmış maraqlarını ifadə edən sazişin nəticəsidir”, - Paşinyan qeyd edib. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin tam mətnini yayımlayıb. Geri qayıt |