Əsas Səhifə > Güney Press > Dövlət qurumu 269 minlik təmizlik xidmətini
Dövlət qurumu 269 minlik təmizlik xidmətiniBu gün, 14:08 |
Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsi elan etdiyi tenderin nəticələrini açıqladı. FED.az xəbər verir ki, tender Nazirliyin Penitensiar Xidmətinin və Tibbi Baş İdarənin tabe qurumlarının inzibati binalarında dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin göstərilməsi üzrə elan edilmişdi. Tenderin qalibi “Prof-Dez Ipm” MMC (VÖEN: 1002892471) olub. Qalib şirkətlə ümumi məbləği 269 460 manat olan müqavilə imzalanıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin inzibati binalarında üç növ iş görüləcək. Birincisi, 3 187 224 kvadrat metr sahədə dezinfeksiya işləri aparılacaq. İkincisi, isə eyni sahədə görüləcək dezinseksiya işlərini əhatə edir. Son olaraq 17 596 800 kvadrat metr sahədə deratizasiya və sürünənlərə qarşı mübarizə aparılacaq. Qeyd edək ki, “Prof-Dez Ipm” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elvin Məmmədov Xeybər oğludur. Hüquqi ünvanı AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə şossesi, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 17 ünvanında yerləşir. Geri qayıt |