Əsas Səhifə > Güney Press > Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi

Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi


Bu gün, 11:46

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maraqlı açıqlaması ilə gündəmə gəlib. Akopyan yaxın vaxtlarda oxumağı planlaşdırdığı kitabın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” (“A Fairer World is Possible”) adlı əsər olduğunu deyib: “Dostlarımızı, qonşularımızı daha yaxşı tanımaq, anlamaq, köhnə problemlərimizi uşaqların çiyninə atmamaq, düşüncəni yaxşılığa doğru dəyişmək, həyat keyfiyyətini yaxşılaşdırmaq, sağlam cəmiyyət formalaşdırmaq, güclü dövlətə sahib olmaq, yeni vətəni dirçəltmək, özünə inam qazanmaq üçün təhsil dəbdədir”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını oxumaq istəməsi və bunu açıq şəkildə ifadə etməsi Ermənistan cəmiyyətində ciddi rezonans doğurub. Məlumat yerli və region mediasında da geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu kitabında beynəlxalq ədalətsizliklər, BMT-nin struktur problemləri və qlobal nizamın dəyişməsinin zəruriliyindən bəhs edir.
Maraqlıdır, düşmənçilik üzərində qurulan milli kimliklər dövründə fərqli tərəfləri “oxumaq”, “anlamaq” kimi yanaşmalar cəmiyyətlər arasında yeni mərhələnin başlanğıcı ola bilərmi? Yoxsa Akopyanın bu mesajı postmüharibə populizminin bir başqa formasıdır?
 
Şair Aqşin Yenisey Sherg.az-a açıqlamasında deyib ki, kitabın milli xarakterə təsiri ya zəif olur, ya da uzun zamanlar tələb edir. Onun sözlərinə görə, erməni xalqının psixologiyasından türk düşmənliyini çıxarmaq üçün "yumşaq güc"lə yanaşı, inzibati güc də lazımdır:
“Bəzən xalqları liderlər sərt qərarlarla yeni düşüncəyə cəlb ediblər. Knyaz Vladimir rusları qamçılaya-qamçılaya xristian edib. Atatürkün türkləri modern dünyaya çıxarmaq üçün tətbiq etdiyi sərt qaydaları bu gün də ona bağışlamayanlar var və s. Ermənilər kitab oxumaqla yanaşı kilsədən yoluxduqları mifoloji tarixləriylə məsələni həll etməlidirlər. Problem ermənilərin rasional yaddaşlarında deyil, emosional yaddaşlarındadır. Emosional yaddaş isə kitab oxumaqla unudulan bir şey deyil. Görün müsəlmanlar neçə əsrdir bu emosional yaddaşın zülmünə dözürlər. Amma əl çəkmirlər. Erməni föstleydinin sözləri öz milləti üçün faydalıdır, amma oxuduğu Ərdoğanın kitabından əvvəl, erməni millətçilik mifologiyasındakı uydurmalar olsa”.

Geri qayıt