Əsas Səhifə > Güney Press > Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandıBu gün, 10:48 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, Quba rayonunun Qırmızı qəsəbəsində infrastruktur layihəsinin icrasına başlanılır. Layihə çərçivəsində yaşayış evləri və həyətyanı sahələr Qudyalçayın sel və daşqın sularından mühafizə olunacaq. Tenderin qalibi “Bəyaz İnşaat” MMC (VÖEN: 2001329971) olub. Qalib şirkətə 2 037 338 manat ödəniş ediləcək. Qeyd edək ki, “Bəyaz İnşaat” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 2.318.708 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yusif Yusifli Eldar oğludur. Hüquqi ünvanı AZ0113, Abşeron rayonu, Görədil, N.Salayevi küçəsi, ev 8 ünvanında yerləşir. Geri qayıt |