Əsas Səhifə > Güney Press > Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbiBu gün, 10:47 |
Müdafiə Nazirliyinin elan etdiyi tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, sözügedən tender liftlərin ehtiyat hissələrinin quraşdırılması ilə birlikdə satın alınmasına dair elan edilmişdi. Ləğv edilmə səbəbi kimi, müsabiqədə iştirak etmək üçün həm təklif, həm də təklifin təminatını təqdim etmiş, eyni zamanda tələb olunan halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.Qanunvericiliyə əsasən (36.1.1-ci maddə), bu halda satınalma prosesi davam etdirilə bilmir. Layihənin ehtimal olunan dəyəri 230 676 AZN təşkil edirdi. Tenderin elanı 16 iyul 2025-ci il saat 08:51-də dərc olunmuş, təkliflərin son qəbulu və zərflərin açılışı isə 7 avqust 2025-ci il saat 15:30-da planlaşdırılmışdı. 0Lakin iştirakçı çatışmazlığı səbəbindən proses yekunlaşdırılmadan dayandırılıb. Geri qayıt |