Əsas Səhifə > Güney Press > Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir"
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir"Bu gün, 10:24 |
Bu günlərdə yolumuz Qubaya düşmüşdü. Quba-Bakı yolundakı vəziyyətlə bağlı dəfələrlə yazılıb. Sonra ödənişli yol istismara verildi və bir qədər sakitlik yarandı.Etiraf edək ki, hər kəsin ödənişli yoldan istifadə etmək imkanları yoxdur. Bu səbəbdən də köhnə yolla Bakıya qayıtmaq istəyənlər də olur. Biz də Bakıya qayıdanda köhnəyoldan istifadə etdik. Xəbəriniz olsun ki, ödənişli yol istismara verildikdən sonra normal yolda çox sayda radar quraşdırılıb. Bu radarlar üçün ən yüksək sürət isə saatda 60 km-dir. Yəni sürət həddini keçməyi ağlınıza da gətirməyin, yol radarla doludur. Bundan əlavə bütün yol boyu çox az yerlərdə yolların işıqlandırılması həyata keçirilir. Qarşınıza avtomobil, piyada və ya heyvan çıxa bilər. Əgər yolu da tanımırsınızsa, daha diqqətli olmağınız tövsiyyə edilir. Çünki yollar dəyişdirilib, yol kənarında sadəcə nişanlar qoyulub. Heç o nişanları da görmək mümkün deyil. Yəni ödənişli yolla 1,5 saata Bakıya qayıda bilirsinizsə, köhnə yolla bu sizə 2,5 saata başa gələcək. Səfərlərinizi planlayarkən yolun işıqlandırılmasındakı çatışmazlığı nəzərinizdə saxlayın ki, qəzalardan uzaq ola biləsiniz. Yolun texniki vəziyyəti orta səviyyədir, yəni əvvəlki kimi kələ-kötür və ya yamaqlı vəziyyət bir qədər azaldılıb. İradə Cəlil, Bizimyol.info Geri qayıt |