Əsas Səhifə > Güney Press > ““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdiBu gün, 08:59 |
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məhərrəm Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, Məhərrəm Babayev tanış olduğu zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə 2024-cü ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində görüşərək onun yüksək maaşlı işə düzəlmək istədiyini bilib, habelə ona özünü işgüzar şəxs kimi təqdim edib. Təqsirləndirilən şəxs özünün yüksək vəzifəli şəxslərlə yaxın münasibəti olduğunu deyərək 10 000 manata zərərçəkmişi “Azəreneji” ASC-nin Kadrlar şöbəsinə ayda 1 500 manat əməkhaqqısı olan işə düzəltdirəcəyinə yalan vədlər verib. O, S.S.i və onun anasını inandıraraq 04 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 10 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 7 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Geri qayıt |