Əsas Səhifə > Güney Press > Dövlət Agentliyinin tenderi ləğv edildi
Dövlət Agentliyinin tenderi ləğv edildiBu gün, 11:34 |
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin elan etdiyi tender ləğv edilib. "DİA-AZ" FED.az-ya istinadən xəbər verir ki, qurum tərəfindən elan edilən “Aqrar Xidmətlər Agentliyi və tabeliyində olan mərkəzlər üçün yanğınsöndürmə balonları, yanğından mühafizə ləvazimatları və ilkin tibbi yardım çantalarının satınalınması” tenderi baş tutmayıb. Satınalma prosesi nəzarət orqanının qərarı ilə ləğv edilib, başqa detallar açıqlanmayıb. Ehtimal olunan qiyməti 62 529 manat olan tenderin elanı 25 iyul 2025-ci il saat 12:14-də dərc edilib. Təkliflərin qəbulu 18 avqust 2025-ci il saat 12:00-da başa çatmalı, eyni tarixdə və saatda zərflərin açılışı keçirilməli idi. Geri qayıt |