Əsas Səhifə > Güney Press > Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi:
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi:Bu gün, 17:30 |
Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə start veriləcək. Təmsilçimiz “Qarabağ” da bu axşam səfərdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Maraqla gözlənilən matç saat 22:00-da başlayacaq. Bəs sözügedən matçdan gözləntilər nələrdir? Milli Məclisin deputatı Aqil Abbas “Cebheinfo.az”-a açıqlamasında “Şkendiya” – “Qarabağ” matçı ilə bağlı proqnoz verib: “İnşallah, “Qarabağ”ın bu axşam qələbə qazanacağını gözləyirəm. Mənim proqnozuma əsasən, oyun 2-1 hesabı ilə komandamızın qələbəsi ilə yekunlaşacaq. Ümumilikdə isə “Qarabağ”ın “pley-off” mərhələsinə yüksələcəyinə, oradan da liqa mərhələsinə adlayacağına inanıram”. Millət vəkili “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksələcəyi təqdirdə, qurban kəsəcəyini söyləyib: “Hər zaman olduğu kimi qurban kəsmə ənənəsini yenə də davam etdirəcəyəm. Əgər “Qarabağ” “pley-off” mərhələsini keçsə, qurban kəsəcəyəm. Kəndimizdə bir ocaq var, həmişə orada qurban kəsərək kasıb adamlara paylayıram. Allah qoysa, yenə də kəsib paylatdıracağam”. Geri qayıt |