Əsas Səhifə > Güney Press > ABŞ konqresmeni:
ABŞ konqresmeni:Bu gün, 09:05 |
Tramp Sülh üzrə Nobel mükafatına layiqdir. Teleqraf xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan ABŞ-li konqresmen Co Vilson “X” sosial şəbəkə hesabında yazıb. “Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb. - Konqo və Ruanda - Tailand və Kamboca - Pakistan və Hindistan Tezliklə Azərbaycan və Ermənistan!”, - paylaşımda deyilir. Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında etdiyi paylaşımda Bakı və İrəvanın Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə biləcəyini yazıb. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. Geri qayıt |