Əsas Səhifə > Güney Press > İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə

İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə


Bu gün, 17:08

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın ABŞ-a mümkün səfəri ilə bağlı yayılan məlumatlara rəsmi reaksiya verib.

Musavat.com xəbər verir ki, hökumətin yaydığı bəyanatda bildirilir ki, hazırda bu informasiyanı nə təsdiq, nə də təkzib edə bilərlər.

“Baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri barədə mətbuat və sosial şəbəkələrdə yayılan məlumatı hazırda heç təsdiq, heç təkzib edə bilmərik. Belə səfərlər zamanı əlbəttə ki, rəsmi açıqlama dərc olunur və məlumat yalnız bu rəsmi açıqlama olduqda təsdiq edilmiş sayılır,” – deyə Ermənistan Respublikası Hökuməti qeyd edib.

Xatırladaq ki, son günlərdə Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcəyi barədə məlumatlar yayılıb. Bildirilir ki, bu səfərin mümkün məqsədi Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində son diplomatik addımların müzakirəsi ola bilər.

Hazırkı mərhələdə nə Vaşinqton, nə də Bakıdan bu səfərlə bağlı açıqlama verilməyib. Ermənistan tərəfinin ehtiyatlı mövqeyi isə bu görüşün hələlik məxfi diplomatik danışıqlar mərhələsində olduğunu göstərir.


Geri qayıt