Əsas Səhifə > Güney Press > Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir

Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir


Bu gün, 11:22

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində hərbi iştirakını artırmaqda davam edir və hücum PUA-larının buraxılması üçün infrastrukturu genişləndirir.
AzVision.az xəbər verir ki, peyk şəkillərinə və OSINT qrupunun “CyberBoroshno” məlumatlarına istinad edən Amerikanın “Müharibənin Öyrənilməsi İnstitutu (ISW)” belə məlumat yayıb.

“Donetsk hava limanının 2025-ci ilin iyulunda çəkilmiş peyk görüntülərinə əsasən, Rusiyanın hakimiyyət orqanları uçuş-enmə zolağının istehkamlarını qismən təmizləyib və dayanacaq ərazisində tikinti işlərinə başlayıb. Ehtimal olunur ki, bu yanacaq çənlərinin quraşdırılmasına hazırlıqla bağlıdır”, - xəbərdə deyilir.

“CyberBoroshno” dəqiqləşdirir ki, dağıdılmış terminalın yaxınlığında qapalı anbarlar inşa olunur, döyüş başlıqlarının boşaldılması zonaları, hava müşahidə postları, pilotsuz uçan aparatların əllə idarəetmə məntəqələri yaradılır, yeni uçuş-enmə zolağı tikilir.

Analitiklərin fikrincə, bu, “Şahed” tipli hücum dronlarının, “Gerbera” tipli tutucu dronların və bəlkə də “Şahed” reaktiv dronlarının buraxılması üçün infrastrukturun hazırlanmasını nəzərdə tutur.

- Uzaq mənzilli pilotsuz təyyarələr üçün buraxılış məntəqələrinin cəbhə xəttinə yaxın yerləşdirilməsi Ukrayna hava hücumundan müdafiə (HHM) sisteminin cavab müddətini əhəmiyyətli dərəcədə azaldır”, - ISW vurğulayır.

Həmçinin, analitiklərin xəbərdarlığına görə, Rusiyanın işğal olunmuş Ukrayna ərazisindən bu cür zərbələr üçün istifadə etmək siyasəti təkcə Ukrayna üçün deyil, həm də NATO dövlətləri üçün artan təhlükə yaradır. Bu xüsusən də Rusiyanın işğalı davam etirəcəyi halda ciddi risklər yaradır.

Geri qayıt