Əsas Səhifə > Güney Press > Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcəkBu gün, 16:37 |
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi sabah, 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib. Geri qayıt |