Əsas Səhifə > Güney Press > "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..."

"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..."


Dünən, 09:05

"Arif Babayevin vəfatından sonra bəzi cahillər böyük sənətkar barədə öz adətləri üzrə ağılları və ağızlarına gələni demək istəyirlər..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış tənqidçi-yazar Əsəd Cahangir qeyd edib.

O daha sonra bildirir: "Heç bir qabiliyyəti olmayan bu danaotaranlar, elmi dillə desəm, herostrat kompleksinin daşıyıcıları öz sahəsində böyük uğurlara imza atan görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər.

Onlar o qədər cahildir ki, Arif Babayev statusunda bir şəxs haqqında nəinki tənqid, hətta tərif deməyə intellektual gücləri və mənəvi haqlarının çatmadığının fərqində belə deyillər.

Cahil həmişə cəsarətli olur, qoduq isə hara gəldi şıllaq atır..."



Geri qayıt