Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı?
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı?Dünən, 15:36 |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin təchizatı ilə bağlı iri məbləğli tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, tender çərçivəsində bağçalar üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması nəzərdə tutulub."Vest-Ltd" QSC tenderin qalibi olub və dövlət qurumu ilə 4 474 916 AZN dəyərində müqavilə imzalayıb. Eyni zamanda qeyd edək ki, "Vest-LTD" QSC 2025-ci il ərzində digər iri məbləğli dövlət satınalmalarında da qalib olub. Məsələn, 30 iyul 2025-ci il tarixində yenə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən və məktəbəqədər təhsil müəssisələrinə müxtəlif digər malların satınalınmasını əhatə edən tenderin qalibi olaraq, şirkətlə 1 705 870 AZN dəyərində müqavilə bağlanmışdır. Bundan daha əvvəl, 16 yanvar 2025-ci il tarixində isə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan olunan, Yasamal rayonunda – Mərkəzi parkın davamı kimi nəzərdə tutulan ərazilərin abadlaşdırılması üzrə tenderdə də “Vest-LTD” qalib seçilmişdir. Həmin tenderin dəyəri isə 37 230 106 AZN təşkil edir. Qeyd edək ki, “Vest-Ltd” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir. Geri qayıt |