Əsas Səhifə > Güney Press > İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaqBu gün, 11:41 |
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir sıra təmir və bərpa işləri ilə bağlı hazırlıqlara başlayıb.İqtisadiyyat.az xəbər verir ki, İdarə bu istiqamətdə Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan “Atelier Erich Pummer GmbH” şirkəti ilə iki yeni müqavilə bağlayıb. Müqavilələrdə Qala divarlarının və Buxara karvansarasının təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bağlanılmış müqaviləyə əsasən, təmir və bərpa işləri 4 milyon 147 min manata başa gələcək. Qeyd edək ki, “Atelier Erich Pummer GmbH” şirkəti 2010-cu ildən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. Geri qayıt |