Əsas Səhifə > Güney Press > Gümrüdəki fəvvarələrdə rusca məşhur “vor-zakon” mahnısı səsləndi...

Gümrüdəki fəvvarələrdə rusca məşhur “vor-zakon” mahnısı səsləndi...


Dünən, 11:42

Ermənistanın Gümrü şəhərindəki musiqili fəvvarələrdə “qanuni oğru” dünyasında məşhur olan “Доля воровская” (Oğrunun payı) mahnısı səsləndirilib.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, bundan xəbər tutan Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində belə yazıb:
"Oğru həbsxanada oturmalıdır, fəvvarə ilə oynamamalıdır”
Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan da öz “Facebook” səhifəsində Gümrüdə baş verənlərlə bağlı sərt çıxış edib.
“Ermənistan dövlətdir və dövlətin dadını hər gün ağzında hiss etməlisən”, -deyə nazir bildirib.
Gümrü Bələdiyyəsi də öz növbəsində hadisə ilə bağlı izahat verib: “Bu gün internetdə yayılan və Gümrünün mərkəzindəki fəvvarələrdə rus mahnısı - “Dolya vorovskaya” səsləndirilib. Gümrü Bələdiyyəsi baş verənlərin texniki nasazlığın nəticəsi olduğunu aydınlaşdırıb. Mütəxəssis sistemdəki texniki nasazlıqlar səbəbindən səslənən musiqiyə nəzarət edə bilməyib.
Görülən tədbirlər nəticəsində yaranmış problemin aradan qaldırılması mümkün olub, müvafiq izahat alındıqdan sonra əməliyyatın təmin edilməsinə cavabdeh olan şəxs barəsində zəruri hallarda intizam tənbehi tədbiri görüləcək. Yaranmış narahatlığa görə Gümrü əhalisindən üzr istəyirik. Texniki nasazlıq aradan qaldırılıb və bələdiyyə əmin edir ki, belə halların təkrarlanmaması üçün nəzarət gücləndiriləcək”, – bələdiyyədən bildiriblər

Geri qayıt