Əsas Səhifə > Güney Press > Kişi ona kobud cavab verən arvadını döydü

Kişi ona kobud cavab verən arvadını döydü


Dünən, 11:40

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Əkbərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, hadisə 07 iyul 2025-ci il tarixdə, saat 14 radələrində paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ömər Əkbərzadə yaşadıqları evin yataq otağında həyat yoldaşı, zərərçəkmiş Nərminə Əkbərzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının ona kobud cavab verməsi olub. Bu zaman Ömər arvadına qəsdən əli ilə qol, təpiklə isə ayaq nahiyələrindən bir neçə dəfə zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra Ömər Əkbərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə zərərçəkmiş ifadəsində hazırda əri ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Ömərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.


Geri qayıt