Əsas Səhifə > Güney Press > Asiya İnkişaf Bankı Azərbaycanın daxil olduğu region üzrə

Asiya İnkişaf Bankı Azərbaycanın daxil olduğu region üzrə


Dünən, 09:10

Asiya İnkişaf Bankı (ADB,AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

Bu barədə "APA-Economics"ə AİB-dən bildirilib. Qeyd edilib ki, Leah Gutierrezi AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.


Xatırladaq ki, xanım Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya, Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə çalışıb.


Geri qayıt