Əsas Səhifə > Güney Press > Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI

Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI


Bu gün, 05:50

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

"DİA-AZ" Bakupost-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb.

1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.

Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda: Nadir Səfərov

Geri qayıt