Əsas Səhifə > Güney Press > "Mixail Qusmanı tək qoymayacağıq"

"Mixail Qusmanı tək qoymayacağıq"


Dünən, 16:23

"Rusiyanın TASS agentliyində 26 il direktor müavini çalışan həmyerlimiz, sözün əsl mənasında böyük azərbaycanlı Mixail Qusmanın Şuşa Media Forumunda İlham Əliyevə verdiyi sualdan və cavabdan sonra dərhal Putin tərəfindən işdən azad edilməsi heç də təəccüb doğurmur".
Bu barədə Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, bu, gözlənilən idi və Mixail Qusmanın ona qarşı hansı tədbirin görüləcəyini bilərək, bunu gözə alaraq Qarabağa gəlməsi onun vətənpərvər olmasından irəli gəlir:
"Forumda söz alaraq sual verən M.Qusman, əslində, çıxış edərək Prezident İlham Əliyevi xarakterizə edərək həm də onu bir daha beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu təqdimatın dünyada çox tanınmış bir Agentliyin yüksək çinli əməkdaşı tərəfindən edilməsi bir uğur idi. Digər nailiyyət isə Qusmanın hazırda ölkəmizə qarşı, ümumiyyətlə, sağ-sola kin, aqressiya, hədə və təhdid püskürən bir ölkəni təmsil etməsi ikinci nailiyyətdir. Mixail Qusmanın çıxışı, əslində, Putinin qara əməllərini ütüləyən və eyni zamanda zaman-zaman Azərbaycana qarşı nifrət püskürən ermənipərəst Rusiya mediasına cavab idi. Biz Vətənə xidmət edən həmvətənlərimizə sahib çıxacaq gücdəyik. Qusmanı tək qoymayacağıq. Qusman çox təcrübəli və uzaqgörən bir şəxsiyyət olmasına rəğmən, atacağı addımın nəticəsini də öncədən bilməmiş deyildi. Əslində, Qusman bir azərbaycanlı kimi Rusiyada yaşayan bütün həmvətənlərimizə yol göstərdi".

Geri qayıt