Əsas Səhifə > Güney Press > Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu:

Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu:


Dünən, 11:36

İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsinin Aqlan kəndi yaxınlığında SEPAH-ın bazasında kamikadzenin hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qərbi Azərbaycan Şəhidləri bazasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Şaker bildirib ki, bir neçə saat əvvəl terrorçu qruplaşmanın üzvləri Sərdəştin Aqlan kəndi yaxınlığında SEPAH-ın bazasına atəş açaraq, bir Bəsic döyüşçünü öldürüb, digərini isə yaralayıb.

Qrupun kimliyi və hücumun motivi ilə bağlı əlavə təfərrüat vermədən o, hücumun hədəfinin bölgədəki SEPAH hərbi bazası olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir və yerli hakimiyyət hələlik başqa rəsmi açıqlama verməyib.


Geri qayıt