Əsas Səhifə > Güney Press > Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb

Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb


Dünən, 13:12

Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığı iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "Periodista Digital" saytının dərc etdiyi məqalədə deyilir.

Məqalədə Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memorendum imzalandığı iddia olunur. İddia müəllifləri Fransadakı erməni diaporunun bir üzvünə istinad edirlər.

Belə ki, memorendumda Zəngəzur dəhlizinin açılacağı və bu dəhlizin "Tramp körpüsü" adlandırılacağı bildirilir. Bundan əlavə, ABŞ özəl hərbi şirkətinin 1000-ə yaxın əməkdaşının Ermənistana yerləşdiriləcəyi qeyd olunur.

Erməni diasporunun sifarişi ilə yazıldığı aydın olan məqalə Ermənistanın siyasi rəhbərliyinin iddia edilən memorendumu "milli xəyanət", İran və Avropa Birliyi əleyhinə atılmış addım hesab edir.

Halbuki, Zəngəzur dəhlizinin və ümumilikdə regiondakı kommunikasiya xətlərinin açılmasının Azərbaycan və Ermənistan başda olmaqla bütün regional və qlobal güclərin marağındadır. Məqalə müəllifləri isə bu real vəziyyəti görmək istəməyərək erməni diaposrunun çirkin məqsədlərini yerinə yetirirlər. Diasporun xəstə təxəyyülü və neofaşist mahiyyəti bu məqalədə də özünü göstərir.


Geri qayıt