Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub


Dünən, 15:42

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib.

"DİA-AZ" xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub.

O, 2010-cu ildən AMB-də - Risk idarəetmə, Bazar əməliyyatları departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.


Geri qayıt