Əsas Səhifə > Güney Press > Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış:
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış:Dünən, 16:26 |
Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov Azərbaycanla viza rejiminin tətbiqinə çağırıb. Publika.az xəbər verir ki, Kabanovun fikrincə, Rusiya Azərbaycana qarşı daha qətiyyətli addımlar atmalıdır. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü fikrini belə bölüşüb: "Biz onların biləklərinə dərhal sərt bir yumruq vurmalıyıq ki, irəli getmək üçün başqa istəkləri olmasın". Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Kurbanova İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin qol şevronlarının kolleksiyasını hədiyyə edib və bu da rusları qəzəbləndirib. Geri qayıt |