Əsas Səhifə > Güney Press > Nicat Rəhimovun səhhətində problem yaranıb
Nicat Rəhimovun səhhətində problem yaranıbDünən, 15:35 |
“Bozbash Pictures”də “Şirin” obrazı ilə məşhurlaşan aktyor Nicat Rəhimov mərhum həmkarı Azər Baxşəliyevin ölümündən sonra səhhətində problem yarandığını açıqlayıb. Pravda.az xəbər verir ki, bu barədə “Pərvizə görə” verilişində danışan N.Rəhimov dostu Azəri ölümünün ona çox pis təsir etdiyini deyib. “Azərin ölümündən sonra çox pis idim. Bir atam dünyasını dəyişəndə belə olmuşdum, bir də Azər. Dost itkisini Azərdə hiss etdim. Səhhətimlə bağlı problemlərim oldu. Şəkərim yüksək dərəcədə qalxdı. Amma müalicə aldım, indi yaxşıyam. Üç-dörd gün çox pis hiss etdim, tək gedib otağa hönkür-hönkür ağlayırdım. Necə ola bilər? Onun ölümü məni çox pis yandırdı. Bəlkə, büruzə verə bilmirəm, amma içimdə çox pis idim. Elə indi də...” – o qeyd edib. Geri qayıt |