Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan təyyarə 25 saatdır ki, yubanır. "DİA-AZ" xəbər verir ki, bu barədə Baku.ws-ə həmin reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri danışıb. Onun sözlərinə görə, “UTAİR” aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə təyyarəsi 20 saata yaxın gecikib, daha sonra isə reys ləğv olunub. Şikayətçinin iddiasına görə, hazırda sərnişinlər hava limanındadır və onlara dəqiq məlumat verilmir: “Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik, heç bir nümayəndə suallarımızı cavablandırmır”.
Geri qayıt
|