Əsas Səhifə > Güney Press > Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayırDünən, 14:50 |
Moskva-Bakı münasibətləri indi özünün çətin dövrünü yaşayır. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, “həqiqətən, iki ölkə münasibətlərinin möhkəm təməli var, iki ölkənin maraqları üst-üstə düşür və qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var”. “Ancaq bəzən olur ki, iki ölkənin münasibətlərində çətin dövrlər olur. İndi bu dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək”, - Kremlin nümayəndəsi qeyd edib. Geri qayıt |